Sakit okeanda, Yeni Zelandiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Qisborn şəhərindən 238 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.