"Liverpul" UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Leyptsiq"i doğma meydanda qəbul edə bilməyəcək.

Unikal.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının geniş yayılmasına görə İngiltərədə təyyarə uçuşlarının dayandırılması olub. Martın 10-da keçirilməsi nəzərdə tutulan qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"da baş tutacaq.

Qeyd edək ki, ilk oyun (0:2) da həmin stadionda oynanılmışdı.