Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.

Bildirilib ki, sərgi 6 mart tarixindən açıq olacaq.

"Xocalıda şəhid edilən soydaşlarımıza Allahdan rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub.