Ermənistan baş naziri Nikol Paşinyan daha bir müxalifət lideri ilə görüşüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanı qəbul edib.

Görüşdə daxili siyasət məsələləri, Qasparyan problemi və siyasi böhranın müzakirə olunduğu bildirilib.

Qeyd olunur ki, Paşinyan Marukyana erkən seçkilərlə Qasparyan məsələsinin əlaqəli olmadığını söyləyib.