Yunanıstanda növbəti zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Laris şəhərindən yaxınlığında yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 4.3 balla qiymətləndirilib.

İtki və dağıntılarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, dünən də Laris yaxınlığında 5.9 ballıq zəlzələ olmuşdu.