Ermənistanın sabiq prezidenti Robert Koçaryan seçkilərə qatılacağını elan edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryan bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

“Seçkilər olarsa, mən də iştirak edəcəyəm. Bəli, iştirak üçün müraciət edəcəyəm və qalib gələcəyimi iddia edirəm. Ermənistanın idarə etmək və inkişaf etdirmək üçün kifayət qədər təcrübəm var”, - deyə R.Koçaryan bəyan edib.

Jurnalistlərdən biri ona qələbə qazanacağı təqdirdə Paşinyanın aqibəti haqqında sual verib.

"Qisasçılıq zəif insanların payıdır", - deyə Koçaryan cavab verib.