Ermənistan ordusunun bu yaxınlarda Paşinyanı ələ saldığı üçün işdən çıxarılmış sabiq baş qərargah rəisi müavini, general Tiran Xaçatryan məhkəməyə müraciət edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Xaçatryan Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına qarşıdır.

O, məhkəməyə müraciət edərək O.Qasparyanın işdən çıxarılması ilə bağlı qərarın qüvvədən düşməsi və qanunsuz hesab edilməsini tələb edib. İnzibati məhkəmədə işin icraata götürüldüyü deyilir.