Rusiyada son sutka ərzində koronavirusa 11 385 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 290 135 nəfərə çatıb.

Rusiyada son bir gündə 475 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 87 823 nəfərdir. İndiyədək 3 869 857 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.