Almaniyanın paytaxtı Berlin şəhərində əhalinin evakuasiyasına başlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin Şpandau kvartalında əhalinin təxliyə olunmasına səbəb aşkarlanmış aviabombanın zərərsizləşdirilməsi əməliyyatıdır.

Berlin polisindən bildirilib ki, bombanın yerləşdiyi nöqtənin 250 metr radiusu boyunca əhali evakuasiya ediləcək və bundan sonra zərərsizləşdirmə əməliyyatı başladılacaq.