Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən xüsusi əməliyyat keçirilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, FTX əməkdaşları eksklav ərazidə yerləşən Kalininqrad vilayətində energetika obyektində terror aktı həyata keçirmək istəyən şəxsi həbs edib.

Adı açıqlanmayan şəxs Rusiya vətəndaşıdır. Hazırda faktla bağlı araşdırmalar aparılır.