Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Ağdamın Novruzlu kəndində idarə rəisinin minaya düşdüyü əraziyə baxış keçirir.

Unikal.org-un verdiyi məlumata görə, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirir, hadisənin baş vermə səbəblərini araşdırır.

Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işağldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.