Müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi açıq-saçıq fotolarını sosial şəbəkələrdə yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Unikal.org xəbər verir ki,  o, bu barədə  "MTV" kanalına müsahibəsi zamanı qeyd edib.  

İfaçı bildirib ki, həmin görüntüləri silməyənlərdən şikayətçi olacaq:

“Əvvəla, xahiş edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm”.