Qəbələdə 61 yaşlı kişi həyətində ölüb.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Məlikli kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Hümbət Ədil oğlunun üzərində zorakılıq xəsarətlər olmayan meyiti evinin həyətyanı sahəsində gəlini Vahidə Abdullayeva tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, H.Həsənovun həyat yoldaşı bir müddət əvvəl qəfil dünyasının dəyişib.

Hadisədən sonra H.Həsənov stres keçirib və əsəb xəstəsi olub. Son vaxtlar isə H.Həsənovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.