Bakıda evdə yanğın baş verib.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, evin mansardası yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.