Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun inzibati ərazisində xidməti fəaliyyətini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları işğaldan azad edilən ərazilərdə yaradılmış postlarda növbəli xidmət aparır, insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görür.