Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi "Alaniya" klubunun baş məşqçisi Spartak Qoqniyevə 8 oyunluq cəza verib.

Unikal.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 40 yaşlı mütəxəssisin Milli Futbol Liqasının (FNL) "Tom"la oyununda (2:3) referi Artyom Çistyakovu vurması səbəb olub.

İnsident final fitindən sonra baş verib. Daha əvvəl baş hakimlə mübahisə etdiyinə görə texniki zonadan kənarlaşdırılan Qoqniyev meydana daxil olaraq, referinin qarın nahiyyəsinə zərbə endirib.

Baş məşqçi sonradan etdiyi hərəkətə görə üzr istəyib.