Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir gündə 11 520 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 771, virusa yoluxanlar isə 2 734 836 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 593 264 pasiyent (son sutkada 7191 nəfər) sağalaraq evə buraxılıb