Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Unikal.org xəbər verir ki, hadisə şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.

Belə ki, Göyçay səhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (qafqazinfo).