Gəncə şəhərinin Nizami rayonunda yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.