Ermənistanın Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları İrəvanda parlament binasının qarşısında etiraz aksiyası keçirir.

Unikal.org-un “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, N. Paşinyanın parlamentdə çıxışı gözlənilir.

Parlament binasının ətrafına polis qüvvələri gətirilib. Binanın damına snayperlərin yerləşdirildiyi bildirilir.