Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə rayonun Məlikli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Hümbət Adil oğlu Həsənov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Məlumata görə, H.Həsənov ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi.