Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında tribunaya çıxmaqdan imtina edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputatlar Paşinyana "İsgəndər" raketləri ilə bağlı suallar ünvanlayıb. Lakin baş nazir tribunaya çıxmayıb və suallardan yayınıb.

Onun əvəzinə baş nazir müavini Tiqran Avinyan ümumi sözlərlə deputatları sakitləşdirib.