2021-ci ilin fevral ayında 24 min erməni ölkəni tərk edib.

Unikal.org xəbər verir ki,  bu barədə erməni iqtisadçı Aren Apikyan söz açıb. Onun sözlərinə görə, müharibədən sonra Ermənistanda yaranmış gərgin vəziyyət iqtisadiyyatı tamamilə çökdürüb. Erməni xalqı aclıq və səfalət içində yaşayır.

"Müqayisə üçün bildirim ki, 2020-ci ilin fevralında xaricə axınla bağlı statistika 3000 nəfəri göstərirdi", - deyə ekspert ermənilərin kütləvi şəkildə ölkədən getdiklərini söyləyib.