Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova ərini səhhəti bağlı açıqlama verib. 

Unikal.org xəbər verir ki, o, bu barədə AzTV-yə danışaraq, Rəmişin yaxşı olduğunu bildirib.

"Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin".

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib. Xalq artisti,  sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmamazlığı, ağciyər problemindən əziyyət çəkir.