“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər yaratdığını bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

"Starbase şəhərini yaradıram, Texas", - Mask əlavə edib.

İş adamı şəhərin ərazisinin “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndindən daha böyük olacağını bildirib. Qeyd edib ki, bu şəhərdə itlərlə çox yaxşı rəftar olunacaq və onun rəhbəri “doja” (İtalyanca “doge”, ingilis dilində “dog” - it) titulunu daşıyacaq.