Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək.