15 sentyabr 1918-ci ildə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatından 72 il keçir.

Unikal.org-un məlumatına görə, Nuru Paşa Killigil 1949-cu ilin martın 2-də İstanbulda dünyasını dəyişib. Silah fabrikindəki partlayışda həlak olan generalın ölümü olduqca müəmmalıdır. Sui-qəsd versiyaları mövcuddur.

Nuru Paşa 1890-cı ildə Osmanlı dövlətində, indiki Makedoniya ərazilərində anadan olub. Hərbçi kimi müxtəlif döyüşlərdə iştirak etmiş Nuru Paşa həmçinin Qafqaz İslam Ordusunun komandanı olub. Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik-daşnak işğalından azad edən Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını işğalçılardan təmizləyib. Bakı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusu 1 130 nəfər şəhid verib. Bu qələbədən sonra Nuru Paşa "Bakı fatehi" ləqəbini alıb.

Allah rəhmət eləsin!