Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanın nəticələrini açıqlayıb.

Unikal.org-un xəbərinə görə, nəticələrlə bağlı bakalavrlar SMS göndərərək məlumat ala bilərlər.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-i respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb.