Müğənni Nadir Qafarzadə toylarla bağlı qadağaya özünəməxsus üslubda tənqid edib. 

Unikal.org xəbər verir ki, məclislərdən birinin görüntüsünü "Instagram"da paylaşan müğənni bunları yazıb:

"Toylar üçün darıxan var? Deyilənə görə, virus yalnız toyda yayılır, nə bilim. Virusun bəy və gəlini görən gözü yoxdur. Deyir, iti görüm, qurdu görüm, ancaq bəy-gəlini görməyim".