Saatlı rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb. Əmrə əsasən, hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, hazırda həmin şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq Rövşən Muradov icra edir.

Murad İbrahimli