Hazırda "Kuruluş Osman" serialında rol alan aktrisa Yıldız Çağrı Atiksoyunn səhhətində problem yaranıb.

Unikal.org  xəbər verir ki, ağır iş rejimində çalışan aktrisa xəstəxanalıq olub.

Xəstəxanadan çıxarkən müxbirlərin suallarını cavablandıran aktrisanın sevgilisi Bərk Oktay "Yıldız yeni işə başladı. Ona görə çox yorulub. Sistem qoydurdu, müayinələrdən keçdi. Problem yoxdur" açıqlamasını verib.

Qeyd edək ki, cütlük fevralın əvvəlində nişanlanıb.