Əməkdar artist Elnarə Abdullayeva geyimlərindən danışıb.

Unikal.org xəbər verir ki, xanəndə "ATV maqazin onlarla" proqramında pulu olmadığı üçün brend geyinmədiyini söyləyib:

"Geyimlərimi özüm seçirəm. Zövqüm yaxşıdır, amma pulum yoxdur. Zövq yox, cibə görə çalışırsan. Pulum olsaydı, daha bahalı paltarlar alardım. Borcla paltar almaram. Eyni paltarı bir il geyinərəm. Elə gülməli iş olar? Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək? Gedib heç vaxt borc paltar almamışam. Nəyin var geyin".