Ermənistan baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan arasında görüş keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə qərarın imzalanması məsələsi olub. Həmçinin siyasi böhrandan çıxış yolları müzakirə olunub.

Təfərrüatların Paşinyan tərəfindən açıqlanacağı deyilir.