Türkiyənin Zonguldak ərazisində ata oğlunu meşəyə apararaq boynunu kəsib. 

Unikal.org xəbər verir ki,  həkim vəzifəsində çalışan ata polislər tərəfindən saxlanılıb. O, polislərə ilkin ifadəsində yatarkən oğlunun "Allah yolunda qurban etməlisən" əmri verilib. Belə ki, yuxudan oyanan ata 16 yaşlı oğlunu meşəyə apararaq boynunu kəsib.  Ananın şikayəti əsasında polis hadisəyə müdaxilə edib.  

16 yaşlı yeniyetmə  tez zamanda xəstəxanaya aparılıb.  Həkimlər onun həyatını xilas ediblər. Ata isə saxlanılaraq bölməyə aparılıb. Onun barəsində qətimkan tədbiri seçilib.