"Twitter"  sosial şəbəkəsi Tvemoji adlı emojisini istifadəyə verəcək. Şirkət artıq yeni emojisini təqdim edərək onun haqda məlumat yayıb.

Unikal.org  xəbər verir ki, platforma istifadəçilərə yeni emojiləri asanlıqla hekayələrinə əlavə etmək üçün axtarış seçimi də təklif edir. Bundan əlavə, Tvemoji istifadəçilərə Fleet çərçivəsi ilə əhvallarını göstərməyə imkan yaradacaq.

Qeyd edək ki, digər sosial şəbəkələr də öz smayllarını istifadəyə veriblər. Məsələn, Snəpçat, İnstaqram və digərləri hekayələrə əlavə etmək üçün xüsusi smayl, effekt və filtrlər hazırlayıblar.