Estoniyanın https://arvamus.postimees.ee xəbər portalında estoniyalı yazıçı Kersti Kivirüütün Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məqaləsi yayımlanıb.

Unikal.org-un məlumatına görə, məqalədə yazılıb ki, 24 fevral 1992-il tarixində Estoniyada sovet işğalından sonra ilk dəfə respublikanın müstəqilliyini milli şənliklərlə qeyd edərkən minlərlə kilometr cənubda Dağlıq Qarabağın hələ də yarası sağalmamış Xocalı şəhərini faciəyə yaxınlaşdıran proseslər baş verirdi. Xocalı qırğınının tarixə qeyri-adi vəhşilik və qeyri-insaniliklə yazıldığını vurğulayan müəllif Xocalı şahidlərinin ermənilər tərəfindən başlarına gətirilən işgəncələri dürüstlüklə anlatdıqlarına diqqəti cəlb edib. 

Müəllif hesab edir ki, müharibə və soyqırımı günahkarları mühakimə edilənə və Xocalı qətliamı beynəlxalq hüquqa əsasən soyqırımı elan olunana qədər xocalıların yaraları sağalmaz. Qeyd edib ki, insan hüquqlarını müdafiə edən qurum kimi Avropa Birliyi hərbi cinayətkarların ədalət mühakiməsinə verilməsini Ermənistandan tələb etməlidir, çünki bu, birliyin mənəvi borcudur. 

Qeyd edək ki, 12 mart 2020-ci ildə Bakı Kitab Mərkəzində Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə yazıçının Bakı şəhərinə həsr edilmiş "Küləklər şəhəri" kitabının təqdimat mərasimi keçirilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 https://arvamus.postimees.ee/7189056/kersti-kiviruut-29-aastat-hodzalo-tapatalgutest