"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, tanınmış jurnalist Elmar Həbibli adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, E.Həbibli bu təyinata qədər Xəzər Televiziyasının Xəbərlər Xidmətinin əməkdaşı olub.

Famil Fərhadoğlu