Sabunçu rayon İcra Hakimiyyəti qaz borularının üzərində yerləşən sahələri qəbiristanlıq kimi vətəndaşlara satır.

Bu barədə Unikal.org-a ərazidə yaşayan sakinlər məlumat veriblər. Zabrat Hava Limanının yaxınlığındakı Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda yerlər bitib. Bu zaman əraziyə cavabdeh olan icra hakimiyyəti Qaradağ-Digah  şimal Es 1000/700 mm-lik yeraltı magistral qaz kəmərinin üzərindəki ərazini dünyasını dəyişən şəxslərin yaxınlarına satmağa başlayıblar. Eyni zamanda qəbirlərin yaxınlığından neftin nəql olunduğu digər boru kəmərləri də keçir. Bu da gələcəkdə qaz sızması nəticəsində hər hansı hadisə baş verərsə, bu zaman qəbirləri təhlükə qarşısında qoyur. 

Qeyd edək ki, Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.

Seymur Əli