Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün yeni reklam çəkilişi ilə izləyicilərini təəccübləndirib. 

Unikal.org xəbər veri ki, aktrisa üç saat davam edən makiyajdan sonra Batman filmindəki "Joker" obrazının sevgilisi "Harley Quinn"ə bənzədilib. Reklam çəkilişi üçün xüsusi geyimi geyinən Tuba izləyicilərini heyrətləndirib. Sosial şəbəkə istifadəçiləri Tubanın bu paylaşımına şərhlər bildirərək, onu yalnız gözlərinə görə tanıdıqlarını bildiriblər. 

Qeyd edək ki,  Tuba Büyüküstün, "Səfirin qızı" teleserialında baş rolu canlandırır.