Azərbaycanda COVID-19 virusuna yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, ölkədə son sutka ərzində 7444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.