Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 172 058  nəfərə çatıb.

Unikal.org  “armeniasputnik.am” saytına istinadə xəbər verir ki, ötən sutka ərzində daha 265 nəfər COVİD-19-a yoluxub, 2 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3192 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 815 nəfərə yüksəlib.