Dünyada son bir gündə koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı m'lumat yaıb.

Məlumata görə son sutkada infeksiyaya yoluxma ilə bağlı 420 491 hal qeydə alınıb,  10 939 insan koronavirusdan ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 113 076 707, ölüm hallarının sayı 2 512 272 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 28 102 166 nəfər virusa yoluxub. Sonra Hindistan (11 079 979), Braziliya (10 390 461), Rusiya (4 234 720), Böyük Britaniya (4 163 089), Fransa (3 647 212), İspaniya (3 180 212), İtaliya (2 888 923), Türkiyə (v), Almaniya (2 434 446), Kolumbiya (2 241 225) və Argentina (2 098 728) gəlir.