İsveçrə sakini “Euromillions” lotereyasında rekord məbləğ - 210 milyon avro udub.

Unikal.org BFM telekanalına istinadla xəbər verir o, cekpota fevralın 26-da axşam saatlarında sahib olub. Mütəxəssislər cekpotu udmaq şansını 139 milyonda bir nisbətində qiymətləndirirdi.

“Euromillions” lotereyasında əvvəlki uduş rekordu ötən il dekabrın 11-də qeydə alınmışdı. O zaman Fransa vətəndaşı 200 milyon avro udmuşdu.