Azərbaycanda indiyədək ümumilikdə 234 267 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib, aktiv xəstə sayı 2 398 nəfərdir.