Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə təyinatlar olub. 

Unikal.org xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq sərəncamına əsasən aprel döyüşçüsü, qazi Həsrət Almasov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə,  aprel döyüşçüsü, qazi  Röyal Əşrəfov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.