Ermənistanda son sutka ərzində 283 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 171 510 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3183-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 813 nəfərdir. Aktiv xəstələrin sayı 4349 nəfər təşkil edir.