ABŞ-ın Suriyadakı hava hücumunda bir neçə nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  əməliyyat nəticəsində sərhəddə İranpərəst qruplar tərəfindən istifadə edilən bir neçə bina dağıdılıb, bir neçə nəfər ölüb.

Bu gün Pentaqon sözçüsü Con Kirbi ABŞ hərbçilərinin Suriya ərazisinə zərbə endirdiyini təsdiqləyib. Pentaqona görə, İranpərəst qruplara edilən zərbə, İraqdakı Amerika və koalisiya qüvvələrinə endirilən hücumlara proporsional bir cavab idi.