Ermənistan prezidenti Armen Sarkisyan hər hansı təzyiq altında ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi ətrafında yaranmış vəziyyətlə əlaqədar hərəkət etməyəcək.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Aparatından bildiriblər.

"İndiki vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməyə çalışmamalıdır. Prezidentə istənilən təzyiq cəhdləri yolverilməzdir”, - xəbərdə deyilir.

Prezident Aparatından qeyd ediblər ki, Armen Sarkisyan "kiminsə və ya hər hansı siyasi gücün tərəfini tutmur".

"Prezident öz funksiyalarını həyata keçirərək, yalnız dövlətin və xalqın maraqlarını rəhbər tutur", - bəyanatda qeyd edilir.