Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadişə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu “KİA” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.