Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Unikal.org-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 24-də ölkə üzrə 240 ictimai iaşə obyektində 386 monitorinq keçirilib.

Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.